Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu azaldıb
Digərləri 14 Sen 2021 13:28:00 100 0
Beynəlxalq Enerji Agentliyi (BEA) Azərbaycanda neft hasilatının 2021-ci ildə 0,6 milyon barel/sutka təşkil edəcəyini proqnozlaşdırır.
Son.az Trend-ə istinadən bildirir ki, bundan əvvəlki proqnozda bu göstərici 0,7 milyon barel/sutkaya bərabər idi.
Agentliyin qiymətləndirməsinə əsasən, 2021-ci ilin birinci rübündə Azərbaycanda neft hasilatı 0,7 milyon barel/sutka, ikinci rübündə 0,6 milyon barel/sutka təşkil edib.
Proqnoza əsasən, bu ilin üçüncü və dördüncü rübündə hasilat 0,6 milyon barel/sutka təşkil edəcək.
2022-ci ildə isə Azərbaycanda neft hasilatının 0,6 milyon barel/sutka təşkil edəcəyi gözlənilir. Bundan əvvəlki proqnozda bu göstərici 0,7 milyon barel/sutkaya bərabər idi.
Qeyd edək ki, BEA-nın hesabatına əsasən, 2020-ci ildə Azərbaycanda neft hasilatı 0,7 milyon barel/sutka təşkil etmişdi.
Mənbə: milli.az