Suraxanıda parkın qapıları sakinlərin üzünə bağlı qalıb


Digərləri 14 Sen 2021 12:54:00 229 0

Suraxanıda parkın qapıları sakinlərin üzünə bağlı qalıb

Bakının Suraxanı rayonu ərazisində yerləşən parkın ətrafı hasara alınıb.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, parkın qapıları uzun illərdir ki, sakinlərin üzünə bağlı qalıb.

Təmir üçün bağlanan parkda daşı-daş üstünə qoyan yoxdur.

Sakinlər deyir ki, Yeni Günəşlidə yerləşən yeganə park illərdir baxımsız vəziyyətdədir.

Yaxınlıqda yaşayan sakinlər bildirirlər ki, məcburiyyətdən digər parklara üz tuturlar.