Bu müəllimlər məktəblərə buraxılmayacaq
Digərləri 14 Sen 2021 13:03:00 149 0
Peyvənd olunmayan, əks-göstəriş və ya immun sertifikatı olmayan müəllimlər təhsil müəssisələrinə buraxılmayacaqlar.
Son.az bildirir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib.
R.Ağayev qeyd edib ki, əks-göstəriş sertifikatı təqdim edən müəllimlərin sayına gəldikdə isə, nazir müşaviri deyib ki, bu məlumatlar gündəlik dəyişir.
Vaksin olunmadığı üçün təhsil müəssisələrinə buraxılmayacaq təhsil işçilərinin əməkhaqqı məsələsinə gəlincə isə nazir müşaviri bildirib ki, bununla bağlı hələki konkret bir qərar yoxdur.
Mənbə: milli.az