Samuxda azyaşlı bacı və qardaş niyə qəfildən vəfat edib?


Digərləri 14 Sen 2021 13:06:00 249 0

Samuxda azyaşlı bacı və qardaş niyə qəfildən vəfat edib?

Samuxda naməlum şəkildə qəfildən dünyasını dəyişən azyaşlı bacı və qardaşın ailəsi "Xəzər Xəbər"ə açıqlama verib.

Son.az Xəzər TV-yə istinadən bildirir ki, balacaların yaxınları bildirib ki, uşaqlar həmişəki kimi həyətdə qaçıb-oynayırdılar. Sentyabrın 11-də  axşamtərəfi 3 yaşlı Nurəddin Quliyev valideynlərinə bildirib ki, sancıları var.

Bildirilib ki, uşaqların əvvəllər heç bir xəstəliyi olmayıb. Rayonun Qarayeri qəsəbəsində yaşayan 3 yaşlı Quliyev Nurəddin Əfqan oğlu və onun bacısı 2 yaşlı Quliyeva Ruqayyə Əfqan qızının evdə halları pisləşdikdən sonra azyaşlılar təcili olaraq valideynləri tərəfindən Gəncəyə xəstəxanaya aparılıb. Xəstəxanada məlum olub ki, onlardan biri artıq keçinib.

Baş vermis hadisə ilə bağlı Samux Rayon Prokurorluğunda araşdırmalara başlanıb. Cinayət işinin gedişi məhkəmə tibb-ekpertizasının rəyindən asılı olaraq müəyyənləşəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: