Müəllim və tələbələrə vaksinasiya ilə bağlı güzəşt ola bilər


Digərləri 14 Sen 2021 12:41:00 318 0

Müəllim və tələbələrə vaksinasiya ilə bağlı güzəşt ola bilər

Təhsil Nazirliyi təhsil işçilərinin oktyabrın 1-dən yox, bütün ay ərzində hər iki peyvəndin dozasını qəbul edə bilməsi təklifini verib.

Son.az bildirir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, təhsil işçilərinin 84 faizinin vaksinasiyası yekunlaşıb. Vaksinasiya prosesini sürətləndirmək üçün 5 vaksinasiya məntəqəsi yaradılıb:

"Təhsil işçiləri rahat şəkildə gəlib burada vaksin vurdura bilərlər. Hesab edirik ki, təhsil işçiləri və tələbələrə əlavə imkan veriləcək ki, ay ərzində koronavirus əleyhinə vaksinin hər iki dozasını qəbul edə bilsinlər. Hazırda bu istiqamətdə müzakirələr davam edir. Daha dəqiq məlumatlar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq".