Gürcüstanda daha 3 221 nəfər koronavirusa yoluxub, 54 nəfər ölüb


Digərləri 14 Sen 2021 12:42:00 77 0

Gürcüstanda daha 3 221 nəfər koronavirusa yoluxub, 54 nəfər ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 3 221 yeni yoluxma halı təsdiqlənib, 2 990 nəfər müalicə olunaraq sağalıb.

Son.az bildirir ki,  bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Son 24 saat ərzində daha 54 pasiyent vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə 585 036 nəfərin COVID-19 infeksiyasına yoluxduğu müəyyən edilib. Onların 548 951-i sağalıb, 8 287-si ölüb.