Merilin Monro yadplanetlilərə görə öldürülüb


Şou-biznes 14 Sen 2021 11:24:00 146 0

Merilin Monro yadplanetlilərə görə öldürülüb

XX əsrin ən məşhur kino ulduzlarından, seks simvollarından və pop ikonlarından biri Merilin Monronun ölümü barədə yeni iddialar irəli sürülüb. Belə ki, amerikalı aktrisanın yad planetlilər barədə məlumatlı olması səbəbilə öldürüldüyü bildirilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, müvafiq iddianı britaniyalı yazıçı Nik Redfernin "Diary of Secrets: UFO Conspiracies and the Mysterious Death of Marilyn Monroe" kitabında bildirib.

Redfer iddia edir ki, ABŞ-in o vaxtkı prezidenti Con Kennedi aktrisaya qəzaya uğramış UNO və ABŞ hərbi bazalarında saxlanılan qəribə cəsədlər haqqında gizli sənədlər göstərib. Bu isə aktrisanın həyatı bahasına başa gəlib.

Monronun ölümünün rəsmi versiyasına baxmayaraq (həddindən artıq narkotik) yazıçı əmindir ki, bu, yadplanetlilər haqqında məlumatların ictimaiyyətə sızmaması üçün MKİ agentləri tərəfindən hazırlanmış bir "maska" idi.