Diaspor Komitəsinin şöbə müdiri işdən çıxarılıb,


Digərləri 14 Sen 2021 09:24:00 103 0

Diaspor Komitəsinin şöbə müdiri işdən çıxarılıb,

Diasporla İş üzrə Dövlət Komitəsində struktur və kadr dəyişikliyi olub.

Son.az "Report"a istinadən bildirir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Fuad Muradov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Aqil Əsədov tutduğu vəzifədən azad olunub.

Digər əmrlə Dövlət Komitəsinin Mətbuat katibi vəzifəsi ləğv olunub və həmin şöbəyə birləşdirilib.