"Brent" markalı neftin qiyməti 74 dollardan yuxarı qalxıb


Digərləri 14 Sen 2021 09:12:00 82 0

"Brent" markalı neftin qiyməti 74 dollardan yuxarı qalxıb

"Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 07:19 üçun (Bakı vaxtı) 0,68 faiz bahalaşaraq 74,01 dollar/barel təşkil edib.

Son.az bildirir ki, saat 06:28 üçun (Bakı vaxtı) "Brent" markalı neft 73,93 dollar/barel səviyyəsində alınıb-satılıb.

Son dəfə "Brent" markalı neftin qiyməti avqustun 2-də 74 dollardan aşağı olub.

"WTI" markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 0,61 faiz bahalaşaraq 70,62 dollar/barel təşkil edib.