“Fukusima1” AESdə ciddi zədə aşkarlanıb


Dünya 14 Sen 2021 09:00:00 93 0

“Fukusima1” AESdə ciddi zədə aşkarlanıb

Yaponiyanın şimal-şərqindəki "Fukusima-1" təcili nüvə elektrik stansiyasının operatoru TEPCO radioaktiv su üçün ALPS maye təmizləmə sistemindəki demək olar ki, bütün filtrlərin zədələndiyini açıqlayıb.

Son.az "Report"a istinadən bildirir ki, mütəxəssislər keçən ayın sonunda sistemdən radioaktiv suyun sızmasının qarşısını almalı olan filtrlərdən birinin zədələnməsini aşkar etdikdən sonra sistemdə genişmiqyaslı yoxlama aparılmışdı. Avadanlıqlara baxış keçirilərkən məlum olub ki, 25 filtrdən 24-ü zədələnib.

Telekanal qeyd edir ki, TEPCO hələ də ALPS sistemindən radioaktiv su sızması halları qeydə almayıb.

Bənzər problem iki il əvvəl stansiyada yaranmışdı. Lakin TEPCO nasazlığın səbəbini müəyyən edə bilməmişdi. Filtrlər dəyişdirildikdən sonra sistem işləməyə davam edib.