Bayden BMT Baş Assambleyasında çıxış edəcək


Dünya 14 Sen 2021 08:13:00 173 0

Bayden BMT Baş Assambleyasında çıxış edəcək

ABŞ prezidenti Co Bayden sentyabrın 21-də Nyu-Yorkda BMT Baş Assambleyasında çıxış edəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

"Associated Press" agentliyinin verdiyi məlumata əsasən, 100-dən çox dövlət və hökumət başçısı gələn həftə BMT Baş Assambleyasının dünya liderlərinin illik toplantısına şəxsən iştirak etməyi planlaşdırır.

Onların arasında - ABŞ prezidenti, İordaniya Kralı II Abdullah, Braziliya, Venesuela, Fələstin prezidentləri, həmçinin Yaponiya, Hindistan, Böyük Britaniya, İsrail Baş nazirləri.