BƏƏ 38 nəfər və 15 təşkilatı terrorçu siyahısına daxil edib


Dünya 14 Sen 2021 08:03:00 139 0

BƏƏ 38 nəfər və 15 təşkilatı terrorçu siyahısına daxil edib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyəti ölkənin terrorçuları siyahısına 38 fiziki və 15 hüquqi şəxsi daxil edib.

Bu barədə WAM informasiya agentliyi xəbər verib.

Məlumatda bildirilib: "BƏƏ Nazirlər Kabinetinin 2021-ci il tarixli 83 nömrəli qərarına əsasən, 38 fiziki və 15 hüquqi şəxsin terrorizmi dəstəkləyən şəxs və təşkilatların siyahısına daxil edilib".

Qeyd olunub ki, BƏƏ, terrorizmi və əlaqəli fəaliyyətləri maliyyələşdirən şəbəkələri müəyyən etməyə və zərərsizləşdirməyə sadiqdir.