Əfqanıstana 1,2 milyard dollar veriləcək


Dünya 14 Sen 2021 07:35:00 109 0

Əfqanıstana 1,2 milyard dollar veriləcək

BMT-nin Cenevrədə keçirilən beynəlxalq konfransının iştirakçıları Əfqanıstana yardım üçün 1,2 milyard dollardan çox vəsait ayıracaqlarına söz veriblər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits bildirib.

M.Qriffits konfransın bağlanış mərasimində çıxış edərək bildirib: "Humanitar yardım və inkişaf layihələrinin maliyyələşdirilməsi üçün 1,2 milyard dollardan çox vəsait barədə söz verilib".

O, bu cür nəticələri konfrans iştirakçılarının "böyük səxavətliliyinin" sübutu adlandırıb.