ABŞda Dördtərəfli Təhlükəsizlik Dialoqunun zirvə toplantısı keçiriləcək


Dünya 14 Sen 2021 07:15:00 210 0

ABŞda Dördtərəfli Təhlükəsizlik Dialoqunun zirvə toplantısı keçiriləcək

Sentyabrın 24-də Vaşinqtonda Dördtərəfli Təhlükəsizlik Dialoqunun (Avstraliya, Hindistan, ABŞ və Yaponiya) zirvə toplantısı keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, Amerika administrasiyasındakı mənbəyə görə, ABŞ prezidenti Co Bayden Ağ Evdə Avstraliya, Hindistan və Yaponiya liderlərini qəbul edəcək. Qeyd olunub ki, bu "dördlüyün" ilk üz-üzə görüşü olacaq.

Məlumata əsasən, liderlər "əlaqələrin dərinləşdirilməsi" və "yeni koronavirusun yayılması ilə mübarizə, iqlim dəyişikliyinə qarşı mübarizə, yeni texnologiyalar və kiber məkanda tərəfdaşlığın inkişafı və Hind-Sakit okean bölgəsində azadlığın və açıqlığın təmin edilməsində əməkdaşlığın inkişaf etdirilməsinə" diqqət yetirəcəklər.