"Bir neçə kişi məni zorladı, bəli, onlar pedofil idilər" Tanınmış müğənni FOTO


Şou-biznes 14 Sen 2021 00:33:00 168 0

"Bir neçə kişi məni zorladı, bəli, onlar pedofil idilər"  Tanınmış müğənni  FOTO

Müğənni və aktrisa Alanis Morissette 15 yaşında bir neçə kişi tərəfindən təcavüzə məruz qaldığını bildirib.

Son.az xəbər verir ki, bu barədə The Washington Post qəzeti yazıb.

Sənətçi bu mövzunu əvvəllər heç vaxt açıq şəkildə qaldırmadığını etiraf edib. Nə baş verdiyini anlamaq üçün illərlə müalicə alıb. "Həmişə bunun qarşılıqlı razılaşma ilə olduğunu söylədim. İndi başa düşürəm ki, "bəli, onlar pedofil idilər. Qanuna görə bu təcavüz sayılır", - deyə Morissette deyib. Təcavüzkarların adlarını açıqlamayan müğənni, bu barədə yalnız bir neçə adama danışdığını, amma heç bir kömək almadığını vurğulayıb.

Alanis Morissette kanadalı ifaçı, aktrisa və prodüserdir. İlk albomu Jagged Little Pill 1995-ci ildə çıxıb və musiqi tarixində ən çox satılan albomlardan biri olub. Karyerası ərzində müğənni yeddi Grammy mükafatı alıb. "Sex and the City", "Datura", "American Dreams and Body Parts" seriallarında və "Dogma" filmində rol alıb.

Kamran Seyidov Son.az