ABŞda yaşayış binasında yanğın zamanı 3 uşaq olmaqla 5 nəfər ölüb


Dünya 13 Sen 2021 23:50:00 251 0

ABŞda yaşayış binasında yanğın zamanı 3 uşaq olmaqla 5 nəfər ölüb

Bu gün ABŞ-ın Ohayo ştatının Akron şəhərində yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər ölüb, 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə ştatın Yanğınsöndürmə İdarəsi məlumat yayıb.

Yaralıların kimliyi məlum olmasa da, hamısının yaxın qohumlar olduğu bildirilir.

Məhkəmə-tibbi ekspertizanın məlumatına görə, ölənlərdən 3 nəfəri uşaqdır.