"Qadın izin verirsə, kişi xəyanət edir"


Şou-biznes 13 Sen 2021 21:59:00 168 0

"Qadın izin verirsə, kişi xəyanət edir"

"Qızıma güvənirəm. Yaşa dolduqca fikirləşirəm ki, Bənövşə ailə qurduqdan sonra onunla bacı kimi danışa bilərəm. İndi onun valideyni, dostuyam. Övladlarımla hər şey danışıram, amma qədərində. Onunla rəfiqə olsam, sabah yanımda ağzına gələni danışa bilər".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Üzə-düz" verilişində deyib. O bildirib ki, övladları ailə quranda onların seçiminə qarışacaq:

"Bənövşə kimi seçsə, yeddi arxada qalanlarını araşdıracam. Zamanında valideynlərim mənim üçün seçdilər, mənə soruşmadan verdilər. 5 ildən sonra boşandıq. Ailə, gen mənim üçün önəmlidir. Corc (övladlığa götürdüyü oğlu - red.), Bənövşə kimi seçsə, baxacam. Onlarla söhbətimiz olacaq. Mental dəyərlər mənim üçün önəmlidir".

R.Zərgərli ayrıldığı həyat yoldaşının xəyanətindən danışıb: