Müharibə zamanı atası və dayısının qisasını alan şəhid Hüseyn Quliyev


Digərləri 13 Sen 2021 19:54:00 93 0

Müharibə zamanı atası və dayısının qisasını alan şəhid Hüseyn Quliyev

Vətən müharibəsində böyük şücaət göstərən qəhrəman hərbçilərimizdən biri də Hüseyn Quliyev olub.

Xezerxeber.az-ın məlumatına görə, Hüseyn Quliyevin arzusu Birinci Qarabağ müharibəsində itkin düşən dayısının və həmin savaşın iştirakçısı olan atasının qisasını almaq idi.

Tovuz rayonunun Dondar Quşçu kənd sakini  Hüseyn Quliyev üç  ay idi ki, müddətli hərbi xidmətə getmişdi.

Hüseynin yaşı az olduğu üçün komandirləri onu hər zaman arxa cəbhədə saxlamağa çalışsa da, o həmişə inadı ilə hücum əməliyyatlarında iştirak edib. Atasına dayısının qisasını aldığını bildirib, "Hadrut azaddır!" deyib və sonra atasından halallıq istəyib.

Uşaq vaxtından hərbi geyimlərə və bayrağa xüsusi sevgisi olan şəhid hərbçimizin hərb sənətinə olan sevgisi Tovuz döyüşlərindən sonra daha da artıb.

Hüseyn Füzuli istiqamətdə gedən döyüşlərin birində düşmən snayperindən açılan atəşlə şəhidlik zirvəsinə  yüksəlib.