İşçiləri maska taxmır deyə restoranın rəhbərliyi cərimələndi


Digərləri 13 Sen 2021 18:42:00 346 0

İşçiləri maska taxmır deyə restoranın rəhbərliyi cərimələndi

Qax rayonu, Qıpçaq kəndində fəaliyyət göstərən "Araz" şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Son.az Trend-ə istinadən bildirir ki, Qida Təhlükəsizliyi Agentliyindən  verilən əlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.