“Üç qardaş 2021” təlimində qumbaraatanlar işə düşdü VİDEO FOTO


Digərləri 13 Sen 2021 19:02:00 92 0

“Üç qardaş  2021” təlimində qumbaraatanlar işə düşdü  VİDEO  FOTO

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç qardaş - 2021" beynəlxalq təlimində atəş hazırlığı üzrə məşğələlər keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin planına əsasən xüsusi təyinatlı bölmələr atıcı silahlardan və qumbaraatandan praktiki atışların yerinə yetirilməsi tapşırıqlarını icra ediblər.

Qeyd edək ki, "Üç qardaş - 2021" beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.