Keçmiş vitseprezidentin evindən qızıl və 6 milyon dollar aşkarlandı


Dünya 13 Sen 2021 18:36:00 191 0

Keçmiş vitseprezidentin evindən qızıl və 6 milyon dollar aşkarlandı

"Taliban" yaraqlılarının Əfqanıstanın keçmiş vitse-prezidenti Əmrullah Salehin evindən 6,5 milyon dollar və qızıl külçələr tapıldığı iddia edilir.

Son.az türk mediasına istinadən xəbər verir ki, bu barədə əfqan fəal Məhəmməd Cəlal öz Twitter səhifəsində məlumat verib. Onun sözlərinə görə, "bu, aysberqin yalnız bir hissəsidir".

Axtarışlar "Taliban" qüvvələrinin rəhbərlik etdiyi əməliyyatı çərçivəsində aparılıb.

Kamran Seyidov Son.az