Akif İslamzadə niyə Ağdama getməyib?


Şou-biznes 13 Sen 2021 18:24:00 174 0

Akif İslamzadə niyə Ağdama getməyib?

İşğaldan azad olunmuş ərazilərə indiyə qədər səfər etməyənlərdən biri də əslən Ağdamdan olan böyük sənətkar Akif İslamzadədir.

Son.az xəbər verir ki, bununla bağlı kult.az-a danışan Akif İslamzadə bildirib ki, səfəri təşkil edənlər də, həmin rayonlara gedənlər də azərbaycanlılardır:

"Əsas odur ki, torpaqlarımız azad olunub. Qoy gənclər getsin, biz estafeti gənclərə vermişik".

O, azad olunmuş ərazilərimizə, eləcə də Şuşanın Cıdır düzündə keçirilən "Xarıbülbül" musiqi festivalına dəvət alıb-almaması ilə bağlı sualı şərh etmək istəmədiyini bildirib.