Boksçu ilə müğənni arasında dava düşdü


Şou-biznes 13 Sen 2021 17:42:00 133 0

Boksçu ilə müğənni arasında dava düşdü

Nyu-Yorkda keçirilən "MTV video musiqi mükafatı 2021" gecəsi qalmaqalsız ötüşməyib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, gecəyə qatılan məşhur boksçu Konor Makqreqorla müğənni Qan Kelli arasında mübahisə yaranıb. Boksçu Kellinin üzərinə hücum edərək onu yumruqlamaq istəyib.

Mübahisənin hansı səbəbdən başlaması ilə bağlı rəsmi açıqlama verilməsə də, KİV-də yer alan xəbərlərə görə, səhnə arxasında Konor Kelli ilə şəkil çəkdirmək istəyib. Lakin ifaçı bundan imtina edib və mübahisə yaranıb.

Kelli Konoru itələyərək əlindəki içkinin onun üzərinə tökməsinə səbəb olub. Boksçu düşdüyü vəziyyətdən əsəbiləşərək qalan içkini Kellinin sevgilisi model Meqan Foksun üzərinə atıb. Tərəflər qonaqlar və mühafizəçilərin yardımı ilə ayrılıb.