Tehran nədən narahatdır? Ermənilərə daşınan yüklərin


Siyasət 13 Sen 2021 17:24:00 77 0

Tehran nədən narahatdır?  Ermənilərə daşınan yüklərin

"Tehran onu araşdırmalıdır ki, İranın hansı strukturu yanacaqla dolu nəqliyyat vasitələrini Azərbaycan sərhədini pozaraq erməni separatçılarına yanacaq məhsulları daşıyır. Bu nə beynəlxalq hüquqa, nə də iki ölkə arasında imzalanan çoxsaylı sazişlərə uyğundur. Tehran Azərbaycanın narahatlığını və notalarını nəzərə almır".

Bunu Son.az-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, Qarabağ separatçılarına yanacaq daşıyan dövlət bizə tərəfdaş deyil:

"Azərbaycanın öz hərbi dəniz qüvvələrini modernləşdirmək hüququ var. Bunu da ancaq Xəzərdə həyata keçirməklə reallaşdırmaq olar. Azərbaycan öz hərbi dəniz qüvvələrini yalnız strateji müttəfiqi Türkiyənin dəstəyi ilə modernləşdirə bilər. Aydındır ki, Azərbaycan bu işi erməni separatçılarını himayə edən dövlətlərlə edə bilməz və etməməlidir. 

Azərbaycanın Xəzərdə zəngin enerji yataqları var, həmin yataqlardan sahilə boru xətləri çəkilib. Azərbaycan bunların təhlükəsizliyi barədə də düşünməlidir. Türkiyə ilə birgə sualtı hücum və müdafiə məşqlərinin bir məqsədi də budur. Azərbaycanın Xəzər dənizindən hasil etdiyi neft və qazı məhz Türkiyə üzərindən dünya bazarlarına daşınır. Demək Xəzərdəki yataqların və boru xətlərinin təhlükəsizliyi həm də Türkiyə üçün əhəmiyyətlidir.

O ki qaldı, Tehranın "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyasını" xatırlatmasına, Azərbaycan-Türkiyə hərbi təlimləri başqa sahil ölkələrini narahat etmədiyi halda bircə İran niyə narahat olub? Necə olur ki, həm Azərbaycanı, həm də Türkiyəni tərəfdaş ölkə adlandıran İran iki qonşusuna etiraz etməyə qərar verib? 

Görünür, məsələ hərbi təlimlərdə deyil. Əslində Azərbaycan-Türkiyə hərbi ittifaqı Azərbaycan və Türkiyənin torpaqlarına iddia edən Ermənistanı narahat etməlidir. Çünki Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüklərini tanımaqdan yayınır. Ermənistan hər iki ölkə ilə sülh sazişi imzalamadığına görə Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən çəkinir. Türkiyə-Azərbaycan hərbi ittifaqı digər ölkələrə qarşı yönəlməyib. 

Buna baxmayaraq, İrəvan kimi Tehran da Azərbaycan-Türkiyə hərbi ittifaqından narahat olmağa başlayıb. İran Türkiyənin Cənubi Qafqazda, o cümlədən Azərbaycanda möhkəmlənməsinə həmişə qısqanc münasibət bəsləyib. "Azərbaycan niyə İranla deyil, Türkiyə ilə strateji münasibətlər qurub" sualı illərdir Tehranda bağlı qapılar arxasında səslənib. İranın siyasi dairələri anlamaq istəmirlər ki, Azərbaycan üçün məzhəb prinsipi yaddır, milli və təhlükəsizlik maraqları önəmlidir. Azərbaycanın milli və təhlükəsizlik maraqları isə Türkiyə ilə ittifaqı gücləndirməyi diqtə edir, bunu ikinci Qarabağ savaşı da göstərdi. Qarabağ separatçılarına yanacaq daşıyan dövlət isə bizə tərəfdaş deyil, sadəcə qonşudur".

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi brifinqdə deyib ki, Xəzəryanı dövlətlərin ümumi razılığına əsasən, hövzədə digər ölkələrin hərbi mövcudluğu yolverilməzdir. O, Azərbaycan və Türkiyənin Xəzər dənizində birgə hərbi manevrlər keçirməsini şərh edib: "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyasında hərbi iştirak məsələsi açıq şəkildə izah olunub. Beş sahil əyalətinin razılaşmaları digər ölkələrin hövzədə hərbi varlığını qanunsuz edir. Xəzər dənizində Azərbaycan-Türkiyə birgə təlimləri məsələsi Xarici İşlər Nazirliyində araşdırılır".

Təhməz Əsədov Son.az

Vaksinsizlərin ölüm riski like
  • 13 Sen 17:18  
Digərləri Vaksinsizlərin ölüm riski

Xəstəxanaya yerləşdirilənlər arasında onlar çoxluq təşkil edir

arrow Ətraflı
"TurAz Şahini  2021" təlimindən yeni görüntülər  VİDEO  FOTO like
  • 13 Sen 17:16  
Digərləri "TurAz Şahini 2021" təlimindən yeni görüntülər VİDEO FOTO

Türkiyə Respublikasının Konya şəhərində keçirilən "TurAz Şahini

arrow Ətraflı
Səyyad Əlizadənin son vəziyyəti açıqlandı like
  • 13 Sen 17:06  
Şou-biznes Səyyad Əlizadənin son vəziyyəti açıqlandı

Bir neçə saat əvvəl məşhur müğənni, xalq mahnıları və estrada ifaç

arrow Ətraflı
"Cəfər Cabbarlı"stansiyasında təmir işləri bu tarixdə yekunlaşacaq like
  • 13 Sen 16:54  
Digərləri "Cəfər Cabbarlı"stansiyasında təmir işləri bu tarixdə yekunlaşacaq

Metronun "Cəfər Cabbarlı" stansiyasında əsaslı təmir işləri y

arrow Ətraflı
Səlim Müslümov vəkilindən imtina etdi like
  • 13 Sen 16:50  
Digərləri Səlim Müslümov vəkilindən imtina etdi

Vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət almaqda təqsirlənd

arrow Ətraflı
Beşəm dünyaya gətirən Lamiyə: “Uşaqlar eyni anda ağlayırlar” like
  • 13 Sen 16:48  
Digərləri Beşəm dünyaya gətirən Lamiyə: “Uşaqlar eyni anda ağlayırlar”

Üç il övlad həsrəti ilə yaşayan Mürşüdlü ailəsini Tanrı ikiqat deyi

arrow Ətraflı
Azərbaycanda İCESCOnun regional ofisinin açılması ilə bağlı işlər tamamlanmaq üzrədir like
  • 13 Sen 16:44  
Digərləri Azərbaycanda İCESCOnun regional ofisinin açılması ilə bağlı işlər tamamlanmaq üzrədir

İtaliyanın Bolonya şəhərində keçirilən G-20 sammitinin Dinlərarası Dia

arrow Ətraflı
Ötən həftə 293 hektar ərazi minadan təmizlənib  ANAMA like
  • 13 Sen 16:36  
Digərləri Ötən həftə 293 hektar ərazi minadan təmizlənib ANAMA

Sentyabrın 6-dan 11-dək 293 hektar ərazi mina və partlamamış hərbi sursat

arrow Ətraflı
Ulduzların seçimi – Changan CS95! like
  • 13 Sen 16:30  
Digərləri Ulduzların seçimi – Changan CS95!

Estradamızın məşhur ulduzu Miri Yusifin yeni avtomobili "Changan CS95&q

arrow Ətraflı
Quş uşaq kimi ağlayır like
  • 13 Sen 16:24  
Digərləri Quş uşaq kimi ağlayır

Sidney zooparkında "Əks-səda" adı verilən lirəquyruğun körpə

arrow Ətraflı
Bu ərazilərdə qaydaları Azərbaycan qoyur like
  • 13 Sen 16:18  
Siyasət Bu ərazilərdə qaydaları Azərbaycan qoyur

"Yükdaşımalar beynəlxalq praktikadır. Təkcə Azərbaycan və bizim b

arrow Ətraflı
İranda koronavirusdan gündəlik ölüm sayı azalıb like
  • 13 Sen 16:12  
Dünya İranda koronavirusdan gündəlik ölüm sayı azalıb

İranda ötən sutka ərzində 448 nəfər koronavirusdan (COVID-19) ölüb, 22

arrow Ətraflı
O, şəhid olanda 19 yaşı var idi: Hüseyn Qəribzadə 20 yaşını Cənnətdə qarşıladı like
  • 13 Sen 16:06  
Digərləri O, şəhid olanda 19 yaşı var idi: Hüseyn Qəribzadə 20 yaşını Cənnətdə qarşıladı

O, çox az gənc yaşına mübariz döyüşçü və qəhrəman adını sığdır

arrow Ətraflı
Hulusi Akar Azərbaycan Ordusunun Baş Qərargah rəisi ilə görüşüb  FOTO like
  • 13 Sen 16:04  
Siyasət Hulusi Akar Azərbaycan Ordusunun Baş Qərargah rəisi ilə görüşüb FOTO

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Azərbaycan Silahlı Qüvvələr

arrow Ətraflı