Ötən həftə 293 hektar ərazi minadan təmizlənib ANAMA


Digərləri 13 Sen 2021 16:36:00 121 0

Ötən həftə 293 hektar ərazi minadan təmizlənib  ANAMA

Sentyabrın 6-dan 11-dək 293 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik hesabatında deyilir.

Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 119 piyada əleyhinə mina, 30 tank əleyhinə mina və 109 partlamamış hərbi sursat aşkarlanıb.