İranda koronavirusdan gündəlik ölüm sayı azalıb


Dünya 13 Sen 2021 16:12:00 105 0

İranda koronavirusdan gündəlik ölüm sayı azalıb

İranda ötən sutka ərzində 448 nəfər koronavirusdan (COVID-19) ölüb, 22 541 nəfər yoluxub. Bundan əvvəlki gün isə ölüm sayı 487 olub.

Son.az Trend-ə istinadən bildirir ki, İranda bu virusdan ölənlərin ümumi sayı 114 759 nəfərə, yoluxanların sayı isə 5 318 327 nəfərə çatıb. Virus daşıyıcılarından 7 206 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 4 597 215 nəfər koronavirusdan sağalıb, 30,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 36,6 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 24,1 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 12,5 milyon təşkil edir.