Hulusi Akar Azərbaycan Ordusunun Baş Qərargah rəisi ilə görüşüb FOTO


Siyasət 13 Sen 2021 16:04:00 273 0

Hulusi Akar Azərbaycan Ordusunun Baş Qərargah rəisi ilə görüşüb  FOTO

Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyevi qəbul edib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər də iştirak edib.

K.Vəliyevi Baş Qərargah rəisi təyin olunması ilə bağlı təbrik edən H.Akar Türkiyənin "Bir millət, iki dövlət" anlaylışı ilə hər zaman haqlı mübarizəsində Azərbaycanın yanında olacağını bildirib.