20 yaşlı oğlan itkin düşüb


Digərləri 13 Sen 2021 16:00:00 222 0

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngli çəkələk olub. Onu görüb tanıyan şəxslərdən hüquq-mühafizə orqanlarına və ya DİN 102 çağrı mərkəzinə xəbər vermələri xahiş olunur.