“5/36” tirajlı lotereyasında 35.655 manatlıq “Cek Pot” uduldu


Digərləri 13 Sen 2021 15:40:00 111 0

“5/36” tirajlı lotereyasında 35.655 manatlıq “Cek Pot” uduldu

"Azərlotereya" ASC-nin təşkil etdiyi "5/36" tirajlı lotereyasında Bakı şəhər sakini Paşa Sadıqov 35.655 manatlıq "Cek Pot" qazandı.

3 sentyabr 2021-ci tarixində "Azərlotereya" ASC tərəfindən təşkil olunan "5/36" lotereyasının növbəti tirajı keçirlib. "5/36" tirajlı lotereyasının 3317-ci tirajı iştirakçılardan biri üçün çox şanslı olub. Toplanan "Cek Pot" məhz bu dəfə öz sahibini tapıb. 35.655 manat təşkil edən "Cek Pot" pul mükafatı 053873 nömrəli biletin sahibi Sadıqov Paşa Sadıq oğlu tərəfindən qazanılıb.

Bizimlə sevincini bölüşən Paşa Sadıqov uzun illərdir lotereya oynadığını, ancaq ilk böyük uduşunun bu dəfə olduğunu deyir. "Hər dəfə iki və ya üç manatlıq lotereya alıram. Əvvəllər kiçik uduşlara sahib olmuşam. Bu dəfə isə bəxtim daha çox gətirdi, 35.655 manat qazandım. Pulu evimizin təmirinə və digər ehtiyaclara xərcləyəcəyəm. Qalan məbləği isə gələcək üçün saxlamaq fikrim var." - Sadıqov söylədi.