Rusiyada koronavirusdan ölənlərin sayı 193 mini ötüb


Digərləri 13 Sen 2021 15:00:00 101 0

Rusiyada koronavirusdan ölənlərin sayı 193 mini ötüb

Rusiyada son sutka ərzində daha 18 178 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Son.az bildirir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 7 158 148 nəfərə çatıb.

Son sutka ərzində 719 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 193 468 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.