Baş Qərargah rəisi Anıtqəbiri ziyarət edib


Siyasət 13 Sen 2021 14:16:00 110 0

Baş Qərargah rəisi Anıtqəbiri ziyarət edib

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti məzar önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

Baş Qərargah rəisi Xatirə kitabına ürək sözlərini yazıb.