“Guya heç kim qadınla görüşmür, 70 yaşında kişi 25 yaşında qadınlarla görüşür ey...”


Şou-biznes 13 Sen 2021 13:16:00 150 1

“Guya heç kim qadınla görüşmür, 70 yaşında kişi 25 yaşında qadınlarla görüşür ey...”

Son.az xəbər verir ki, tanınmış aşıq Namiq Fərhadoğlu moderator.az-a müsahibəsində son bir həftədə gündəmdə olan mövzulardan danışıb.

- Bir həftədir ki, ictimai nüfuza malik şəxslərin qeyri-etik videoları yayılır. Bir müddət bundan əvvəl siz də bu cür hadisə ilə qarşılaşmışdınız. Necə düşünürsünüz, bu cür olaylarda əsas məqsəd nədir?

- Mənim qarşılaşdığım hadisəni polis əməkdaşları də araşdırdı ki, bu açıq aydın şantajdır. Həmin məsələdə heç bir cinayət tərkibi olmadığı sübut olundu. Bu sadəcə olaraq efirdə, gündəmdə olan sənətçini gözdən salmağa hesablanmışdı. Lakin hər kəs bilir ki, mənim əqidəm, amalım nədir, hansı mənsəbə qulluq edirəm. Veriliş aparıcısı olduqdan sonra mənə bir çox oyunlar quruldu. Heç birində də bir "qələt" edə bilmədilər. "Ən böyük biclik düzlükdür", deyiblər.

Yəqin ki, bilirsiniz, mənim səsimi montaj etmişdilər. Əgər həmin məsələdə günahım olsaydı indi məni həbs etmişdilər. Lakin bir saat belə məni saxlamadılar və mövzu araşdırıldıqdan sonra dərhal sərbəst buraxıldım. Videoları yayılan məmurlara gəldikdə, düşünürəm ki, onların da səhvi var. Adam, axı sənin 68 yaşın var, sən daha nə axtarırsan? Məsələn, mənim 38 yaşım var, subay oğlanam, ətrafımda gözəl qızlar ola bilər.

- Sonradan sizi şantaj edən şəxs barəsində hüquqi tədbir görməyi düşünmədiniz?

- İstəsəydim həmin gün şərəf və ləyaqətimi alçatdığına görə qadın barəsində cinayət işi açdırardım. Lakin məhz qadın olduğu üçün bunu etmədim. Mən Allah adamıyam, seyid nəvəsiyəm, ziyarətgahlara gedirəm, ona görə də düşündüm ki, lazım deyil və hər şeyi Allaha həvalə etdim.

Bir hadisəni danışmaq istərdim, bu yaxınlarda mənə oyun quranlardan biri koronaya yoluxdu, sonra gedib avtomobil qəzasına düşdü, çox pis hala qaldı.

- Qalmaqal ilə bağlı sizin tərəfinizi tutanlarla bərabər tənqidi fikirlər səsləndirənlər də oldu...

- Haqqımda nə yazırlar yazsınlar. Onsuz da öndə, gündəmdə olan adamların hamısından yazırlar Bu sadəcə kimlərinsə oyunu idi. Mənim həmin videomu 200 adam "Youtube" platformasında paylaşmışdı. Əlbəttə ki, bunu reytinq üçün etmişdilər. "Youtube" kanalımın izləyiciləri onları şikayət etdi. İndi mənə yalvarırlar ki, biz evimizə çörək aparırıq, o şikayətinizi geri götürün ki, kanalımız bağlanmasın. Ay şərəfsizlər, illərdir qram-qram hörmət qazanan, gündəmdə olan sənətçini gözdən salmaq istəyirsən, sonra da yalvarırsan?

- Sizcə bu cür şantaj olaylarının qarşısını almaq üçün nə etmək lazımdır?