Dövlət Komitəsinin Aparat rəhbəri koronavirusdan vəfat etdi


Digərləri 13 Sen 2021 11:29:00 94 0

Dövlət Komitəsinin Aparat rəhbəri koronavirusdan vəfat etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov vəfat edib.

Son.az xəbər verir ki, o, 66 yaşında koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, A.Süleymanov 1955-ci ilin sentyabrın 22-də Zəngilan rayonunda anadan olub.

O, Azərbaycan Dövlət Universiteti, tarix fakültəsini bitirib, Bakı Dövlət Universitetinin aspiranturasında təhsil alıb.

2014-2015-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ümumi şöbənin müdiri vəzifəsində çalışıb.

2015-ci ilin iyul ayından Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Aparat rəhbəri idi.