Vilayət Eyvazov şəhid oğluna vəzifə verdi


Digərləri 13 Sen 2021 10:30:00 109 0

Vilayət Eyvazov şəhid oğluna vəzifə verdi

Daxili işlər nazirliyində kadr dəyişikliyi olub.

Son.az "oxu.az"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmrinə əsasən, Şuşa Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşı Əsgərov Sənan Xəzani oğlu Goranboy Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Əsgərov şəhid Xəzani Əsgərovun oğludur.