Paşinyanın bu addımını Moskva anlayışla qarşıladı


Siyasət 13 Sen 2021 10:09:00 52 0

Paşinyanın bu addımını Moskva anlayışla qarşıladı

"Şəxsən mən hər ölkədə rəsmi səfər çərçivəsində ziyarət ediləcək bir yer və ya bəzi obyektlərin olduğunu düşünürəm. Məsələn, məmurlar dövlət səfərində Ermənistanda olduqda, Tsitsernakaberd kompleksini ziyarət etdikləri kimi. Hansi ki, bu abidə Ermənistanın və diasporanın bu ölkənin qonşularına ərazi iddialarını simvollaşdırır".

Bunu Son.az-a açıqlamasında rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.

Rusiyalı ekspert bildirib ki, Paşinyan Gürcüstana rəsmi səfər çərçivəsində ziyarət ediləcək yerləri seçməkdə azad deyildi:

"Anladığım qədərilə, 2008-ci ildə baş verən Rusiya-Gürcüstan müharibəsində həlak olan bu ölkə vətəndaşlarının məzarını ziyarət etmək rəsmi hadisələr sırasındadır. Habelə bu ölkənin qonşularına ərazi iddialarının "nəticəsi" olan İrəvandakı hərbi qəbiristanlığı ziyarət etmək, xarici dövlətlərin yüksək vəzifəli şəxslərinin rəsmi səfərlərinin tərkib hissəsidir. 

Xarici rəsmilər, hətta Almaniya nümayəndələri də daxil olmaqla, Moskvaya səfər edərkən, rəsmi olaraq Kreml divarının yaxınlığındakı Alexander Parkdakı naməlum əsgərin məzarına gedirlər və bu heç kimdə heç bir psixoloji gərginliyə səbəb olmur. Buna görə də, Paşinyanın Gürcüstana rəsmi səfərinin protokolunda nəzərdə tutulubsa, bu hərbi abidəni ziyarətində fövqəltəbii və xüsusi bir şey görmürəm. Bu vəziyyətdə ziyarət etməmək suallar doğurardı və bəlkə də diplomatik skandala səbəb olardı. Düşünürəm ki, bu, Moskvada da anlayışla qarşılanır. Çünki bu ziyarət rəsmi səfər çərçivəsində tamamilə başa düşülən bir elementdir.

Buna görə də demarş adlandıra bilmədiyim bu addımın Rusiya-Ermənistan münasibətlərində heç bir əks-nəticəsi yoxdur. Xatırladığım qədərilə, 2015-ci ildə İrəvana rəsmi səfəri zamanı prezident Vladimir Putin də Tsitsarnokabert abidəsini ziyarət etmişdi və sonra Bakıya etdiyi səfərlər zamanı Prezident İlham Əliyevlə bütün görüşlərində Azərbaycanın dövlət başçısı onun bu addımına narazılıq ifadə etmədi. Çünki hamımız başa düşürük ki, ölkələrin ən yüksək vəzifəli şəxsləri digər dövlətləri ziyarət edərkən öz hərəkətlərində sərbəst deyillər, qəbul edən tərəfin tərtib etdiyi diplomatik protokola riayət edirlər və bu mənada Paşinyan rəsmi səfər çərçivəsində ziyarət ediləcək yerləri seçməkdə azad deyildi".

Təhməz Əsədov Son.az

Məşhur teleaparıcı vəfat etdi like
  • 13 Sen 10:07  
Dünya Məşhur teleaparıcı vəfat etdi

Məşhur jurnalist və teleaparıcı Anastasiya Anisimova Yekaterinburqda vəfat

arrow Ətraflı
Bakıda 25 yaşlı qadın əri tərəfindən bıçaqlandı like
  • 13 Sen 10:04  
Digərləri Bakıda 25 yaşlı qadın əri tərəfindən bıçaqlandı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark k

arrow Ətraflı
Hərbi Dəniz Qüvvələrində birgə təlimlər başa çatıb like
  • 13 Sen 10:00  
Siyasət Hərbi Dəniz Qüvvələrində birgə təlimlər başa çatıb

Hərbi Dəniz Qüvvələrində Azərbaycan və Türkiyə sualtı hücum və sual

arrow Ətraflı
Yeni sevgilisi ilə bağlı sözsöhbətə son qoydu like
  • 13 Sen 09:58  
Şou-biznes Yeni sevgilisi ilə bağlı sözsöhbətə son qoydu

Cenk Küpelidən yanvarda boşanan model Demet Şener biznesmen Tolqa Armanla ye

arrow Ətraflı
Yardımlıda gənc oğlan qətlə yetirildi like
  • 13 Sen 09:52  
Kriminal Yardımlıda gənc oğlan qətlə yetirildi

Sentyabrın 12-i saat 13 radələrində Yardımlı rayon, Arvana kənd sakini 19

arrow Ətraflı
Misirdə iki yeni turizm şəhəri salınacaq like
  • 13 Sen 09:46  
Dünya Misirdə iki yeni turizm şəhəri salınacaq

Yaxın aylar ərzində Misirdə iki yeni turizm şəhəri salınacaq.

arrow Ətraflı
GorusQafan yolunda Azərbaycan polisinin postları işə başladı like
  • 13 Sen 09:45  
Siyasət GorusQafan yolunda Azərbaycan polisinin postları işə başladı

Gorus-Qafan yolunda Azərbaycan polisinə məxsus post qurulub və onlar artıq

arrow Ətraflı
Hadisə onlardan 200 min təzminat istəyir like
  • 13 Sen 09:40  
Şou-biznes Hadisə onlardan 200 min təzminat istəyir

Müğənni Hadisə 2009-cu ildə qatıldığı "Eurovision" mahnı mü

arrow Ətraflı
İŞİD terrorçuları İraqda 3 hərbçini öldürüblər like
  • 13 Sen 09:34  
Dünya İŞİD terrorçuları İraqda 3 hərbçini öldürüblər

İŞİD terror qruplaşmasının yaraqlıları İraqın şərqində hərbçilər

arrow Ətraflı
Manatın məzənnəsi like
  • 13 Sen 09:28  
Digərləri Manatın məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 13 sentyabr tarixindən etibarən valyuta məzənn

arrow Ətraflı
Azərbaycanda nazirlik əməkdaşı koronavirusdan like
  • 13 Sen 09:26  
Digərləri Azərbaycanda nazirlik əməkdaşı koronavirusdan

Ədliyyə Nazirliyinin əməkdaşı koronavirusdan vəfat edib. 

arrow Ətraflı
Bakıda ən ucuz və ən bahalı kirayə mənzillərin like
  • 13 Sen 09:22  
Digərləri Bakıda ən ucuz və ən bahalı kirayə mənzillərin

Avqust ayı ərzində Bakıda ən ucuz kirayə ev qiyməti Hövsanda qeydə alı

arrow Ətraflı
İmişlidə avtomobil aşıb, iki nəfər xəsarət alıb like
  • 13 Sen 09:16  
Digərləri İmişlidə avtomobil aşıb, iki nəfər xəsarət alıb

İmişlidə xəsarətlə nəticələnən yol qəzası olub.

arrow Ətraflı
Dördüncü dalğa nə zaman bitəcək? like
  • 13 Sen 09:12  
Digərləri Dördüncü dalğa nə zaman bitəcək?

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gün

arrow Ətraflı
İranda güclü zəlzələ oldu like
  • 13 Sen 09:07  
Dünya İranda güclü zəlzələ oldu

İranda 5,1 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı