GorusQafan yolunda Azərbaycan polisinin postları işə başladı


Siyasət 13 Sen 2021 09:45:00 53 0

GorusQafan yolunda Azərbaycan polisinin postları işə başladı

Gorus-Qafan yolunda Azərbaycan polisinə məxsus post qurulub və onlar artıq fəaliyyətdədir.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb və ermənilərin təşvişinə səbəb olub.

Azərbaycan DİN bu barədə məlumat yayaraq bildirmişdi ki, işğaldan azad edilmiş bütün şəhər və rayonlarmızın ərazisində olduğu kimi Qubadlı rayonunun inzibati ərazisində də daxili işlər orqanlarının əməkdaşları öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər. Xidmətin daha səmərəli təşkili üçün məqsədəmüvafiq bilinən yerlərdə polis postları təyin olunur.

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Kafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb.

Müharibə başa çatdıqdan sonra "məzmunu bilinməyən" yüklər İrandan Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasına çatdırılır. Son üç ayda Laçın dəhlizi ilə 80-dən çox yanacaq və digər, əsasən bilinməyən yüklərlə dolu yük maşınları keçib. Nə İran, nə də Ermənistan Azərbaycan tərəfindən, o cümlədən azad edilmiş Qarabağda yerləşən Azərbaycan qoşunlarının komandanlığından bununla bağlı icazə almayıb.

"Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Müdafiə Nazirliyi və sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb".

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Məktublarda qeyd olunmuşdur ki, bu kimi hallar Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanata ziddir və onların qarşısının alınması xahiş olunmuşdur.

Azərbaycan Respublikasının razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır", - deyə məktublarda bildirilib.

Dünən saat 12.00 radələrində başlanmış yoxlamaların başlıca səbəbi İrandan Ermənistana, oradan da Azərbaycana, Xankəndinə müxtəlif yüklərin qanunsuz şəkildə daşınması ilə bağlıdır.

Orxan Hun Son.az

Hadisə onlardan 200 min təzminat istəyir like
  • 13 Sen 09:40  
Şou-biznes Hadisə onlardan 200 min təzminat istəyir

Müğənni Hadisə 2009-cu ildə qatıldığı "Eurovision" mahnı mü

arrow Ətraflı
İŞİD terrorçuları İraqda 3 hərbçini öldürüblər like
  • 13 Sen 09:34  
Dünya İŞİD terrorçuları İraqda 3 hərbçini öldürüblər

İŞİD terror qruplaşmasının yaraqlıları İraqın şərqində hərbçilər

arrow Ətraflı
Manatın məzənnəsi like
  • 13 Sen 09:28  
Digərləri Manatın məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 13 sentyabr tarixindən etibarən valyuta məzənn

arrow Ətraflı
Azərbaycanda nazirlik əməkdaşı koronavirusdan like
  • 13 Sen 09:26  
Digərləri Azərbaycanda nazirlik əməkdaşı koronavirusdan

Ədliyyə Nazirliyinin əməkdaşı koronavirusdan vəfat edib. 

arrow Ətraflı
Bakıda ən ucuz və ən bahalı kirayə mənzillərin like
  • 13 Sen 09:22  
Digərləri Bakıda ən ucuz və ən bahalı kirayə mənzillərin

Avqust ayı ərzində Bakıda ən ucuz kirayə ev qiyməti Hövsanda qeydə alı

arrow Ətraflı
İmişlidə avtomobil aşıb, iki nəfər xəsarət alıb like
  • 13 Sen 09:16  
Digərləri İmişlidə avtomobil aşıb, iki nəfər xəsarət alıb

İmişlidə xəsarətlə nəticələnən yol qəzası olub.

arrow Ətraflı
Dördüncü dalğa nə zaman bitəcək? like
  • 13 Sen 09:12  
Digərləri Dördüncü dalğa nə zaman bitəcək?

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gün

arrow Ətraflı
İranda güclü zəlzələ oldu like
  • 13 Sen 09:07  
Dünya İranda güclü zəlzələ oldu

İranda 5,1 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
İsrail Qəzza zolağında HƏMASın mövqelərinə zərbələr endirib like
  • 13 Sen 09:05  
Dünya İsrail Qəzza zolağında HƏMASın mövqelərinə zərbələr endirib

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.

arrow Ətraflı
Qazaxıstanda koronavirusa daha 3 088 nəfər yoluxub like
  • 13 Sen 09:00  
Dünya Qazaxıstanda koronavirusa daha 3 088 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində koronavirusa (COVİD-19) 3 088 yoluxma hal

arrow Ətraflı
Mərci plovun resepti like
  • 13 Sen 08:55  
Digərləri Mərci plovun resepti

Son.az "Ağababa Ağababa" youtube kanalına istinadən oxucularına n

arrow Ətraflı
Sudanda mikroavtobus qəzaya uğrayıb: 8 ölü, 13 yaralı like
  • 13 Sen 08:49  
Dünya Sudanda mikroavtobus qəzaya uğrayıb: 8 ölü, 13 yaralı

Sudanın Əl-Cəzirə əyalətində mikroavtobus yük maşını ilə toqquşub.

arrow Ətraflı
Avstraliya əlavə olaraq 1 milyon doza "Moderna" peyvəndi alıb like
  • 13 Sen 08:39  
Dünya Avstraliya əlavə olaraq 1 milyon doza "Moderna" peyvəndi alıb

Avstraliya ABŞ-ın "Moderna" şirkətindən daha əvvəl alınan 25 m

arrow Ətraflı
Monrealda silahlı şəxs 3 nəfəri bıçaqlayıb like
  • 13 Sen 08:28  
Dünya Monrealda silahlı şəxs 3 nəfəri bıçaqlayıb

Kanadanın Monreal şəhərinin rayonlarından birində silahlı şəxs 3 nəfə

arrow Ətraflı
Norveçdə birpalatalı parlamentə seçkilər keçiriləcək like
  • 13 Sen 08:06  
Dünya Norveçdə birpalatalı parlamentə seçkilər keçiriləcək

Bu gün Norveçdə Stortinqə - birpalatalı parlamentə - seçkilər keçirilə

arrow Ətraflı