Misirdə iki yeni turizm şəhəri salınacaq


Dünya 13 Sen 2021 09:46:00 110 0

Misirdə iki yeni turizm şəhəri salınacaq

Yaxın aylar ərzində Misirdə iki yeni turizm şəhəri salınacaq.

Son.az report-a istinadən bildirir ki, bu barədə ölkənin turizm naziri Xalid əl-Anani "İzvestiya" qəzetinə bildirib.

"Biz ən yaxın bir neçə ay ərzində tamamilə iki yeni turizm şəhəri salmağı planlaşdırırıq. Şəhərlərdən biri paytaxt Qahirədən təxminən 100 kilometr məsafədə olacaq. O, Al-Qalələ adlanacaq. Bir neçə ay sonra İskəndəriyyə yaxınlığında, Aralıq dənizi sahilində Al-Alamin adlı yeni şəhəri salacağıq", - əl-Anani deyib.

O, həmçinin əminliyi ifadə edib ki, yaxın vaxtlarda ölkəyə aviabiletlərin qiyməti dəyişməyəcək. Nazir vurğulayıb ki, Misir hakimiyyəti başqa dövlətlərdən gələn təyyarələrə dəstək göstərməyə davam edir.