İsrail Qəzza zolağında HƏMASın mövqelərinə zərbələr endirib


Dünya 13 Sen 2021 09:05:00 111 0

İsrail Qəzza zolağında HƏMASın mövqelərinə zərbələr endirib

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə raket atılmasına cavab olaraq həyata keçirilib.

Qeyd edək ki, son 3 gündür ki, Qəzza zolağından İsrail ərazisinə raketlər atılır. Son dəfə ötən gün axşam saatlarında İsrail ərazisinə raket atılıb. Bütün raketlər "Dəmir Günbəz" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub.