Monrealda silahlı şəxs 3 nəfəri bıçaqlayıb


Dünya 13 Sen 2021 08:28:00 113 0

Monrealda silahlı şəxs 3 nəfəri bıçaqlayıb

Kanadanın Monreal şəhərinin rayonlarından birində silahlı şəxs 3 nəfər bıçaqlayıb.

Trend-in "CTV" telekanalına istinadən verdiyi məlumata görə, yaralananların ikisinin qadın, birinin isə kişi olduğu deyilir. Onlar xəstəxanaya yerləşdiriliblər.

Bildirilir ki, polislə silahlı şəxsi saxlayıblar, amma onun kimliyi açıqlanmır.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.