Norveçdə birpalatalı parlamentə seçkilər keçiriləcək


Dünya 13 Sen 2021 08:06:00 123 0

Norveçdə birpalatalı parlamentə seçkilər keçiriləcək

Bu gün Norveçdə Stortinqə - birpalatalı parlamentə - seçkilər keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, seçkilər sentyabrın 13-ü keçirilməli olsa da, bəzi bələdiyyələrdə sentyabrın 12-si də səsvermə baş tutub.

Vaxtından əvvəl səsvermə hüququna 1,6 milyondan çox seçici malikdir, bu isə səsvermə hüququ olan bütün seçicilərin 42 faizini təşkil edir.

Sentyabrın 13-ü səsvermə saat 09:00-dan 21:00-dək (Bakı vaxtı ilə 11:00 - 23:00) keçiriləcək .