Britaniyada koronavirusdan daha 56 nəfər ölüb


Dünya 13 Sen 2021 07:55:00 93 0

Britaniyada koronavirusdan daha 56 nəfər ölüb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 29 173 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 7 226 276 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 56 nəfər, hazırkı dövrədək isə 134 200 nəfər vəfat edib.