Fransada xilasedicilərin helikopteri qəzaya uğrayıb


Dünya 13 Sen 2021 07:34:00 91 0

Fransada xilasedicilərin helikopteri qəzaya uğrayıb

Fransanın İzer departamentinin xilasetmə xidmətinin helikopteri ölkənin cənub-şərqində qəzaya uğrayıb.

Trend-in məlumatına görə, bu barədə mənbələrə istinadən "BFM" telekanalıxəbər verib.

Məlumata əsasən, helikopterin göyərtəsində 5 nəfər olub.

Fransanın daxili işlər naziri Jerald Darmanenin sözlərinə görə, qəza nəticəsində 1 nəfər həlak olub. Digər 4 nəfər barədə məlumat verilmir.