Ağstafada 2 qardaş bıçaqlanıb, biri ölüb


Kriminal 13 Sen 2021 07:00:00 148 0

Ağstafada 2 qardaş bıçaqlanıb, biri ölüb

Ağstafada dəhşətli qətl hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.

Kənddə fəaliyyət göstərən kafelərin birində düşən mübahisə zamanı 2 qardaş - Zeynalov Yaşar Əmirxan oğlu və 1971-ci il təvəllüdlü Zeynalov Müşfiq Əmirxan oğlu bıçaqlanıb. Qardaşlardan biri - ürək nahiyəsindən bıçaq xəsarətləri alan Yaşar Zeynalov hadisə yerində dünyasını dəyişib. Müşfiq Zeynalov isə ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Məmmədov Sabir Hüseyndik oğludur.