Əmlakı icarəyə verən fiziki şəxslərin gəlirləri icbari tibbi sığortaya cəlb olunur


Digərləri 12 Sen 2021 22:42:00 128 0

Əmlakı icarəyə verən fiziki şəxslərin gəlirləri icbari tibbi sığortaya cəlb olunur

Vergi Məcəlləsinə əsasən, sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergiödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı hər ay üçün hesablanır və sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.

Son.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, əmlakın icarəyə verilməsindən gəlir əldə edən fiziki şəxslərin həmin gəlirləri qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aid edilir. Bu baxımdan, fiziki şəxslərin icbari tibbi sığorta haqqı ödəməsi qanunvericilikdə nəzərdə tutulmayıb.