Türkiyədə daha 243 nəfər koronavirusdan ölüb


Dünya 12 Sen 2021 22:08:00 118 0

Türkiyədə daha 243 nəfər koronavirusdan ölüb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 243 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 310 546 nəfər test edilib, onların 21 352-nin koronavirus testi pozitiv nəticə verib, 25 616nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil 101 748 658 peyvənd tətbiq edilib ki, bunun da 83,03 faizi birinci mərhələ vaksinasiya olunanlardır.