Rusiyada sərnişin təyyarəsi sərt eniş etdi, xəsarət alanlar var


Dünya 12 Sen 2021 20:46:00 124 0

Rusiyada sərnişin təyyarəsi sərt eniş etdi, xəsarət alanlar var

Rusiyanın İrkutsk vilayətində L-410 sərnişin təyyarəsi sərt eniş edib.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə TASS-a fövqəladə xidmətlərdəki mənbə bildirib.

Məlumata görə, hava gəmisi Kazaçinski yaşayış məntəqəsindən 4 kilometr cənub-qərbdə sərt eniş edib. O, Kazaçinskiyə İrkutskdan uçurmuş. Təyyarənin göyərtəsində iki ekipaj üzvü daxil olmaqla, 14 nəfər olub. Eniş zamanı hava gəmisi tamamilə sıradan çıxıb. Bir neçə nəfər xəsarət alıb. 

Rusiya FHN təyyarənin sərt eniş etməsi barədə məlumatı təsdiqləyib.