Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir? Həkim AÇIQLADI


Digərləri 12 Sen 2021 15:50:00 115 0

Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir?  Həkim AÇIQLADI

Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictimai nəqliyyat və iaşə müəssisələri işləməməlidir?

Son.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri allerqoloq-pulmonoloq Ramin Nəriman deyib. Həkim bildirib ki, məhdudlaşdırıcı tədbirlər çıxış yolu deyil:

"COVID-19 artıq həyat normasına çevrilib. Odur ki, koronavirus infeksiyasına görə təhsili məhv etməyin, ictimai nəqliyyatın həftə sonları işləməməsinin əleyhinəyəm. Bu, əhaliyə həm də maddi ziyan yetirir".

Həkim əlavə edib ki, vaksin yoluxmanın qarşısını alacaq vasitə deyil, amma kütləvi immunitet sayəsində vəziyyəti nəzarətdə saxlamaq mümkün olacaq:

"Vaksin ölüm hallarını azaldır və ağırlaşmaların qarşısını alır. Əvvəlki dalğalarla müqayisə etdikdə indiki yoluxma sayları keçənilki qədər pik səviyyəyə çatmayıb. Əvvəlki dalğalarda 6000 civarında yoluxma olurdu. Amma indi 4000-dən yuxarı yoluxma qeydə alınmayıb. Sözsüz ki, bu da peyvəndin effektivliyi deməkdir. İkincisi, vaksinin effektivliyi əhalinin 70-80 faizi peyvənd olunduqdan sonra görünə bilər. Hələ ki, vaksinləşmə o səviyyəyə çatmayıb. Digər tərəfdən, şəxslər arasında koronavirus əleyhinə peyvənd olunmaları haqqında hədsiz dərəcədə saxta pasport alanlar var. Düşünürəm ki, belə bir vəziyyətin yaranmasının birinci səbəbi saxta COVID pasportlarının alınması, digər tərəfdən də peyvəndləmənin hələ infeksion prosesin qarşısını alacaq dərəcədə olmamasıdır.