Azərbaycanda dəhşətli hadisə körpə bacıqardaş naməlum səbəbdən öldü


Digərləri 12 Sen 2021 14:26:00 100 0

Azərbaycanda dəhşətli hadisə  körpə bacıqardaş naməlum səbəbdən öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum səbəbdən ölüb.

Son.az bildirir ki, report-un məlumatına görə, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşan körpələr yaxınları tərəfindən xəstəxanaya aparılsalar da, R.Quliyevanın öldüyü məlum olub. Bir qədər sonra N.Quliyev da xəstəxanada dünyasını dəyişib.

Onların ölüm səbəbi məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.