Yaponiyada gəmilərin toqquşması nəticəsində bir nəfər ölüb


Dünya 12 Sen 2021 13:11:00 144 0

Yaponiyada gəmilərin toqquşması nəticəsində bir nəfər ölüb

Yaponiyanın Sasebo şəhəri sahillərində quru yük daşıyan gəmi ilə kiçik gəminin toqquşması nəticəsində ən azı bir nəfər ölüb, daha bir nəfər itkin düşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kyodo agentliyi xəbər verib.

Məlumata əsasən, hadisə nəticəsində gəmi aşıb. Xilasedicilər ekipajın üç üzvündən birini sahilə çıxarıblar, o, xəsarətlər alıb.

Toqquşma yerində itkin düşmüş şəxsin axtarışı aparılır, hadisənin səbəbləri aydınlaşdırılır.