Yaşar Babayev vəfat etdi


Digərləri 12 Sen 2021 12:36:00 132 0

Yaşar Babayev vəfat etdi

Azərbaycanın veteran futbolçusu Yaşar Babayev dünyasını dəyişib.

Son.az bildirir ki, report-un məlumatına görə, o, 80 yaşında vəfat edib.

Qeyd edək ki, Yaşar Babayev 1966-cı ildə "ağ-qaralar"ın heyətində SSRİ çempionatının bürünc medalını qazanıb.

Keçmiş müdafiəçi SSRİ çempionatlarında 200, kuboklarında isə 19 görüşdə meydana çıxıb.

Babayev 1963 - 1971-ci illərdə flaqmanın formasını geyinib.